Ermənistanın bütün cəhdlərinə baxmayaraq dünya Azərbaycanın haqq işini anlayır və dəstəkləyir...

Elə buna görədir ki, “Bildiyim qədəri ilə üçtərəfli görüş barədə təklif Azərbaycan və Ermənistan tərəfinə çatdırılıb”, -deyən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays əlavə edib ki, belə görüşlərdə potensial iştirak tərəflərin gündəliyində olmalıdır: “Biz son həftələrdə müşahidə etdiyimiz tərəqqinin davamını görməyə ümid edirik. Problemin hərtərəfli həlli üçün tərəfləri dəstəkləməyə hazırıq”.

Tezadlar.az CNN-ə istinadla əlavə edir ki, N.Prays daha əvvəl yaxın günlərdə Brüsseldə Ermənistan və Azərbaycan arasında üçtərəfli görüşün planlaşdırıldığını söyləmişdir. Bu görüşün dəqiq tarixi bəlli olmasa da, müzakirə ediləcək məsələlər məlumdur...

Elçin