Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fevralın 28-də rusiyalı nazir Bakıya gəlib və orada azərbaycanlı həmkarı ilə görüşüb. Xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması, eləcə də beynəlxalq gündəmdəki aktual məsələləri müzakirə ediblər.

“Mən Ceyhun Əzizoviçi Rusiya Federasiyasına növbəti səfərə dəvət etməkdən məmnunam”, - Lavrov deyib.

Daha əvvəl nazir qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yönəlmiş istənilən hərəkəti dəstəkləyir.

E.ŞİRİNOV