Nəhayət, Ermənistan delimitasiya komissiyalarının işi haqqında əsasnamə layihəsini Azərbaycana təqdim edib...

Tezadlar.az Azadlıq Radiosu-nun Ermənistan bölməsinə istinadla bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan bu gün bəyan edib. Paşinyan deyib ki, əsasnamə layihəsi artıq Azərbaycana təqdim olunub. Sitat: “Biz bu sənədə cavab gözləyirik”.

Paşinyan onu da əlavə edib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üzrə işin 3 mərhələsi artıq geridə qalıb: “Onu da deyim ki, təkliflərin mübadiləsi istiqamətində işlər həmişə üzbəüz görüşlər tələb etmir”.

Tezadlar.az xatırladır ki, Ermənistanın Baş naziri  hələ fevralın 16-da hökumətin iclasında bildirmişdi ki, hökumət öz təkliflərini Azərbaycan tərəfinə çatdırıb,  Bakı ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa çatdırıb. Müxaliflər isı onu bu bəyanatına görə sərt tənqid atəşinə tutmuşdur. 

 Faktdır ki, Ermənistanda siyasi elita sırasında sülh danışıqlarının daha tez başa çatdırılmasında maraqlıdır. 

A.Məmmədli