Xəbər verildiyi kimi, Qoşulmama Hərəkatının Təmas Qrupunun Bakıda keçirilən Sammitində Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib...

Prezident İlham Əliyev Frnsanın siyasi hakimiyyətinə səslənərək deyib: "...Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq”.

Bəli, tarixdə heç kim və heç nə unudulmur. Fransanın işğalçılıq əməlləri və müstəmləkəçilik fəaliyyəti tarixin yaddaşındadır və bu gün də o bəd niyyət davam edir. Fransanın 1828-ci ildə Qarabağa köçürülmüş və indiyədək burada məskunlaşmış ermənilərin hüquqlarını müdafiə edib Azərbaycanın daxilində ikinci qondarma erməni dövləti yaratmağa cəhd etməsi isə ikiqat rüsvayçılıqdır.

A.Məmmədli