Artıq iki ukraynalı pilot döyüş təyyarələrini, o cümlədən “F-16” qırıcılarını idarə etmək bacarıqlarını qiymətləndirmək üçün ABŞ-da səfərdədir...

Tezadlar.az CNN-ə istinadla bildirir ki, Ukraynalı pilotların bacarıqları Arizona ştatının Tukson şəhərindəki hərbi bazada simulyatorlarda qiymətləndirilir və bu proses digər ukraynalı pilotların cəlb edilməsi ilə davam etdirilə bilər. Bildirilir ki, ABŞ rəhbərliyi bu ay oxşar qiymətləndirmədən keçmək üçün daha 10 ukraynalı pilotun ABŞ-yə gətirilməsinə icazə verib. Bu, ukraynalı pilotların amerikalı hərbi təlimçilər tərəfindən bacarıqlarının qiymətləndirilməsi üçün ABŞ-a ilk belə səfəridir. Qeyd edilir ki, əsas məqsəd pilotların bacarıqlarının artırılması və tələb olunan təlimlərin müddətini müəyyən etməkdir.

Rusiyalı hərbi ekspertlər isə bu addlmı ABŞ-ın üçüncü ölkə olaraq müharibəyə qarışması kimi qiymətləndirirlər. Hətta ABŞ əleyhinə ciddi ittihamlar da səsləndirilir. Lakin Ukraynalı hərbi komandanlıq isə rəsmi Kremlə İranın hərbi dronlarının Ukrayna ərazisində istifadəsini xatırladıb və öz əməllərinə diqqətli olmağı tövsiyyə edib. "Ukrainskaya pravda" isə xatırladır ki, Rusiya müharibəni tezliklə uduzacaq, buna Ukraynanın hazırkı hərbi vəziyyəti imkan verir. Rusiya ilə sülh danışıqlarına isə birmənalı olaraq "yox" deyilməkdədir...

A.Məmmədli