Nəhayət, iki gün davam edən geniş miqyaslı etirazlar öz bəhrəsini verdi...

Belə ki, ictimai narazılığa səbəb olan qanun layihəsi ilə bağlı bu gün martın 10-da Gürcüstan parlamentinin büro iclası, daha sonra isə plenar iclası baş tutacaq. Tezadlar.az Gürcüstan mediasına istinadka xəbər verir ki, 11:45-də büronun iclası, 12:00-da isə plenar iclas keçiriləcək. Məlumata əsasən, parlament "xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini ikinci oxunuşda səsverməyə çıxaracaq. Qeyd edək ki, hakimiyyət kütləvi etirazlar fonunda sözügedən qanun layihəsindən imtina edib və sabah ikinci oxunuş zamanı qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib. Məlumat üçün onu da bildirək ki, bu gün Rustaveli prospektində keçirilən aksiyanın təşkilatçıları vətəndaşları sabah saat 11:00-da Parlament binası önünə toplaşmağa çağırıblar.

Mübahisə doğurmuş qanun layihəsi isə bir sıra beynəlxalq qurumlar tərəfindən sərt tənqid edilib. Hakimiyyət ortaq məxrəc taoaraq məsələnin həlli yolunu adı çəkilən qanun layihəsini müzakirədən çıxarmaqda gördü.

Dünən qarşıdurmada saxlanılmış etirazçıların da buraxılmasına qərar verildi.

A.Məmmədli