Bilənlər bilir ki, baş nazir hələ indiyədək belə sərt tənqid olunmamışdı... Bəs nə baş verib?

"İrakli Qaribaşvili həyasızcasına gənclərin adını çəkir və onları hədələyir, onun hədələrindən heç kim qorxmur". Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki,  "Strategiya Ağmaşenebeli" partiyasının sədri Qiorqi Vaşadze deyib: “Son günlər ərzində Tbilisidəki hadisələr göstərdi ki, əslində bizim mübarizə apardığımız bu sistem o qədər də güclü deyil. Əhəmiyyətli olan odur ki, hamımız bu qələbənin çox vacib bir döyüş olduğunu başa düşək. Biz birlikdə İvanişvilinin Rusiya qanunlarını geri çəkməsinə nail ola bildik. Lakin mübarizə bununla bitmir və davam etməkdədir. Biz İrakli Qaribaşvilinin nə qədər həyasızcasına, nə qədər qorxaqcasına gənclərə müraciət etdiyini, onları necə hədələdiyini gördük. Onun təhdidlərindən heç kim qorxmur. Mən şəxsən ona səslənirəm, heç bir gəncə, heç bir dinc nümayişçiyə toxunma! Onlar deyil, əslində siz, dinc nümayişçiləri dağıtdığınız üçün insanlara cavab verməlisiniz!".

Dünən baş nazir "İmedi" televiziyasının efirində aksiyalar zamanı baş verən hadisələri şərh edən zaman deyib: "Səhnədə dayanan gənclərin çoxu “Milli Hərəkat”a və ya onların təşkilatlarına bağlı şəxslər idi, 60-a yaxın polis yaralandı, bir neçə polis az qala diri-diri yandırılsın, biz bunu kimə bağışlayaq?! Bütün bu insanlar ciddi şəkildə cəzalandırılacaq".

Siyasilər də baş nazirin bu sözlərini sərt tənqid ediblər.

A.Məmmədli