Türkiyə parlamenti Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokolu ratifikasiya edib.

Belə ki, Türkiyə parlamenti Milli Məclisin Baş Assambleyasının iclasında Finlandiyanın NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Beləliklə, həmin andan Finlandiya Şimali Atlantika Alyansına tam qoşulmaq üçün hüquqi əsaslar əldə etdi.  O, bunu edən sonuncu NATO ölkəsi oldu.

Məlum olduğu kimi, Türkiyənin Finlandiya və İsveç qarşısında bir çox şərtləri vardı.

Lakin NATO-nun baş katibi İsveçin Türkiyədəki seçkilərlə Vilnüs sammiti arasında alyansa qoşulmasını gözləyir.

“Politico”ya müsahibəsində Yens Stoltenberq vurğulayıb ki, o, Stokholmun Türkiyədəki seçkilər ilə təşkilatın 11-12 iyul tarixlərində keçiriləcək sammiti arasındakı müddətə daxil olmasını ratifikasiya etməyi hədəfləyir.

 Eyni zamanda o, Finlandiya və İsveçin üzvlüyündən sonra Aİ əhalisinin 96%-nin NATO ölkələrində yaşayacağına diqqət çəkib.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin NATO-ya üzvlüyü məsələsinə münasibət bildirərkən "NATO-ya üzv olmaq üçün müraciət edən İsveçdən gözləntimiz terrorun maliyyələşdirilməsinə, insan toplama və təbliğat fəaliyyətinə son qoyulması və lazımi tədbirlərin görülməsidir", - deyə bildirib.

Belə görünür ki, İsveç Türkiyənin şərtlərinə əməl etməyəcəyi müddətdə NATO-nun qapıları onun üzünə bağlı qalacaq.

Çünki Türkiyə konkret addımlar gözləyir.

 

JASMİN