booked.netbooked.net booked.net  

Ukrayna Xarici İşlər Nazirliyi MDB ölkələrinin liderlərinin Moskvada keçirilən Qələbə Paradında iştirakını xalqı “yaşamaq və azadlıq uğrunda mübarizə aparan Ukraynaya qarşı qeyri-dost addım” adlandırıb.

Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderlərinin mayın 9-da Moskvada Qırmızı Meydanda keçirilən Qələbə Paradında iştirakı ilə bağlı bəyanat yayıb.

“İştirakçılara artıq onuncu ildir ki, Rusiyanın Ukraynaya qarşı əsassız təcavüzkar müharibəsində iştirak edən Rusiya hərbi texnikası nümayiş etdirilib”, - məlumatda deyilir.

Ukrayna Xarici İşlər Nazirliyi qeyd edib ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin çıxışında “ukraynalıların qətlinə, Ukrayna şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb”.

“Tədbirdən bir gün əvvəl Rusiya Federasiyası Ukrayna torpaqlarında daha çox insan tələfatına və daha çox dağıntıya səbəb olmaq üçün Ukraynaya, o cümlədən 15-i Kiyevə 25 qanadlı raket atdı”, - deyə bəyanatda diqqətə çatdırılır.

Bəyanatda 78 il əvvəl nasizm üzərində qələbəyə Mərkəzi Asiya və Qafqaz xalqlarının əvəzsiz töhfə verdiyi bildirilir və onların liderlərinin tədbirdə iştirakı “Ukraynaya qarşı qeyri-dost addım, yaşaması və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına etinasızlıq təzahürü” kimi qiymətləndirilir.

Xatırladaq ki, İkinci Dünya Müharibəsində o zamankı RSFSR-in qələbə qazanmasında indiki MDB respublikalarının əvəzsiz xidməti olub. Təkcə Azərbaycandan 600 mindən çox şəxs bu müharibədə iştirak edib və faşizm üzərində Qələbənin əldə olunması üçün 300 mindən çox insan canından keçəsi olub. Rusiya tankları, təyyarələri...  Azərbaycandan göndərilən neft sayəsində düşmənin dizini çökdürməyə müvəffəq olublar.

Hazırda sağ  qalan müharibə iştirakçılarının sayı çox azdır. Azərbaycanda bu qanlı müharibədə  iştirak edib sağ qalmış veteranların sayı hazırda 51 nəfərdir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN