booked.netbooked.net booked.net  

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedevin bir neçə gün əvvəlki çıxışını  “içdiyi araqla” əlaqələndirib və kinayəli eyham vurub.

Nazir Bild-ə müsahibəsində  "Medvedev Telegram-a daxil olmazdən əvvəl daha az araq içməlidir. Bu barədə deyə biləcəyim bu qədərdir. Düşünürəm ki, şərh etməyə dəyməz. O, Rusiyanın strateji kommunikasiyalarının xarakterində müəyyən rol oynayır", - deyə  bildirib. 

O əlavə edib ki, ruslar prezident Zelenskini öldürə bilsəydilər, mütləq cəhd edərdilər.

Öz həyatı ilə bağlı narahatlıqlarına gəlincə, Kuleba "bəzi yerlərdə yalnız əvvəlcədən möhürlənmiş şüşələrdən su içməyə üstünlük verdiyini" söyləyib, bununla belə  "Ancaq əsas hədəfin mən olduğumu düşünmürəm"  deyib.

Xatırladaq ki, mayın 3-də Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri  Medvedev Ukrayna prezidenti Vladimir Zelenski və ətrafını “fiziki olaraq aradan qaldırmağa” çağırıb. Bu, dronların Kremlə hücumundan sonra baş verib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN