Britaniya Ukraynaya raket verdiyini danmadı və müdafiə naziri açıq bəyan etdi

***

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Storm Shadows uzaqmənzilli qanadlı raketlərin Ukraynaya təhvil verildiyini təsdiqləyib və onun sözlərinə görə, bu raketlərin istifadəsi sayəsində Rusiya qüvvələri “suveren Ukrayna ərazisindən” sıxışdırılacaq.

“Bu silah növü Ukraynaya Rusiyanın davam edən qəddarlığından, xüsusən də beynəlxalq hüquqa zidd olan Ukraynanın mülki infrastrukturuna qəsdən hücumlardan müdafiə etmək üçün ən yaxşı şans verir”, - deyə Sky News nazirdən sitat gətirib.

 O, raketlərin "Ukraynanın suveren ərazisində" istifadə olunacağını vurğulayıb.

Uolles “Storm Shadow”un imkanları barədə danışmaqdan imtina edib, lakin “Bu silahlar Ukraynaya yeni imkanlar verəcək... Bu sistemlər, hətta Rusiyanın “Kalibr”i ilə heç eyni sırada deyil" mesajını da verib.

Nazir onu da diqqətə çatdırıb ki, Vaşinqton da Londonun qanadlı raketləri Ukraynaya vermək qərarını dəstəkləyir.

Xatırladaq ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov cümə axşamı jurnalistlərə açıqlamasında Kremlin Londonun Kiyevə uzaqmənzilli raketlərin tədarükünə “çox mənfi” münasibət bəslədiyini və RF hərbçiləri tərəfindən adekvat cavab veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Storm Shadow - Böyük Britaniya və Fransa tərəfindən birgə hazırlanmış və adətən havadan buraxılan gizli imkanlara malik uzaqmənzilli qanadlı raketdir və atış məsafəsi 250 kilometrdən çoxdur.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN