booked.netbooked.net booked.net  

Gürcüstan prezidenti Salome Zurabişvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvi və respublika ilə uçuşların bərpası ilə bağlı qərarı ilə razılaşmadığını bildirib.

Salome Rusiyanın təcavüzünü və əraziləri işğalını davam etdirdiyi Ukraynadakı vəziyyətlə əlaqədar bu tədbirlərin qəbuledilməz olduğunu bildirib. Sitat: “Rusiyanın daha bir təxribatı! Rusiya Ukraynaya təcavüzünü davam etdirdiyi və ərazilərimizi işğal etdiyi müddətdə Gürcüstana birbaşa uçuşların bərpası və viza rejiminin ləğvi qəbuledilməzdir”.

Tezadlar.az xatırladır ki, Zurabişvili çərşənbə günü özünün “Twitter” səhifəsində yazıb, TASS xəbər verir. Hansı ki, Rusiya prezidenti Vladimir Putin viza rejiminin ləğvi və Gürcüstana uçuşların qadağan edilməsi haqqında fərman imzalayıb. Bu fərman Gürcüstan vətəndaşlarına şəxsiyyətini təsdiq edən etibarlı sənədlər əsasında 90 günə qədər Rusiyaya vizasız daxil olub-olmalarına icazə verəcək. Fərmandan sitat: “Müəyyən edilsin ki, 2023-cü il mayın 15-dən Gürcüstan vətəndaşları şəxsiyyətlərini təsdiq edən etibarlı sənədlər əsasında Rusiyaya vizasız daxil olub-gedirlər”.

 Rusiyanın Gürcüstanla viza rejimi 2000-ci ildə tətbiq edilib və Gürcüstan 2012-ci ildən ruslar üçün vizaları ləğv edib. 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən iğal edilərək "respublika" kimi tanınmasından sonra iki ölkə arasında diplomatik münasibətlərin Tbilisi tərəfindən kəsilməsinə baxmayaraq, Rusiya vətəndaşları Gürcüstan qanunvericiliyinə uyğun olaraq Gürcüstana vizasız səfər edə və respublikada bir ilədək qala bilirdilər.

Beləliklə, viza məsələsi Gürcüstanda hakimiyyət daxilində də ciddi fikir ayrılıqlarına səbəb olub.

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN