"Səsvermə prosesi demokratiyamıza yaraşan şəkildə tamamlandı. İndi, həmişə olduğu kimi,

seçki qutularından möhkəm yapışmağın vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!.."

Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bildirib.

Türkiyədə prezident və parlament seçkilərində səsvermə saat 17:00-da başa çatıb. Hazırda ölkədəki seçki məntəqələrində səslərin sayılmasına başlanılır. İlkin nəticələrin yaxın saatlarda açıqlanacağı gözlənilir. 

Azərbaycanda böyük əksəriyyət Ərdoğanı prezident görmək istəyir...

ELMAN