booked.netbooked.net booked.net  

Türkiyədəki parlament və prezident seçkiləri başa çatdı...

Azərbaycanda bu seçki diqqətlə izlənilmişdir...  Prezidenti İlham Əliyev isə dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb Dövlət başçısı Türkiyədə keçirilən prezident və parlament seçkilərində səs çoxluğu qazanması münasibətilə Prezident Ərdoğanı və Cümhur İttifaqını təbrik edib. Prezident İlham Əliyev qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyə Respublikası böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Telefon söhbəti zamanı dövlət başçıları iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daimi və sarsılmaz olduğunu bir daha qeyd ediblər.

Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı, sarsılmaz dostluğu!  Qarabaö Azərbaycandır!

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN