Prezident Vladimir Putinin fərmanına uyğun olaraq bu gün-mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv edir...

Tezadlar.az 24News.ge -yə istinadla xəbər verir ki, bununla bağlı Rusiya Prezidenti Vladimir Putin mayın 10-da müvafiq fərman imzalayıb. Sənəddə deyilir ki, mayın 15-dən Gürcüstan vətəndaşları etibarlı şəxsiyyət sənədləri əsasında Rusiya ərazisində 90 günə qədər vizasız qalmaq hüququ qazanacaq. Qeyd edək ki, Rusiya prezidenti aviaşirkətlər üçün Gürcüstana uçuşlara qoyulan qadağanı da ləğv edib və yaxın günlərdə Moskva-Tbilisi reyslərinin həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, bu qərar Gürcüstanda, hətta hakimiyyət daxilində belə ciddi fikir ayrılıqlarına səbəb olub. Gürcüstan Prezidenti xanım  Salome də bu qərarın əleyhinə getmişdi... Lakin bəziləri düşünür ki, bu qərar Ukrayna ilə müharibədən sonra Gürcüstana gəlməyə meyilli rus turistlərin sayını artıracaq ki, bu da ölkə büdcəsinə böyük xeyir verə bilər...

Elməddin Şahsuvar