Gürcüstanda yaşayan Türkiyə vətəndaşlarının səsverməsinin nəticələri açıqlanıb.

Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, səsvermə Türkiyənin Batumi və Tbilisidəki diplomatik nümayəndəliklərində baş tutub. Bildirilib ki, seçkilərdə Gürcüstanda yaşayan 1013 nəfər Türkiyə vətəndaşı iştirak edib. Onlardan 1005 nəfərinin verdiyi səslər keçərli sayılıb. Gürcüstandakı Türkiyə vətəndaşlarının verdikləri səslər namizədlər arasında aşağıdakı kimi bölüşdürülüb:

● “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu - 63.6%;

● “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan - 31.3%;

● “Ata İttifaqı”nın namizədi Sinan Oğan isə - 3.9% səs toplayıb.

Görünür, Ərdoğanın təyin etdiyi səfir oradakı Türkiyə vətəndaşları ilə zəif iş aparıb...

Elşən Babayev