booked.netbooked.net booked.net  

“Mərkəzi Asiya ölkələri anlayırlar ki, Rusiya ilə əlaqələrin pozulması ağır nəticələrə gətirib çıxaracaq...”

***

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıqlayıb ki, Mərkəzi Asiya ölkələri anti-Rusiya sanksiyalarına qoşula bilər, çünki onlar riskə getməyə hazır deyillər və onlar artıq bunu açıq şəkildə bəyan edirlər.

“Birtərəfli iqtisadi məhdudiyyətlərin qəbuledilməzliyi və qeyri-legitimliyi ilə bağlı mövqelərin üst-üstə düşməsinə baxmayaraq, bir sıra Mərkəzi Asiya ölkələri buna baxmayaraq, müvafiq riskləri öz üzərlərinə götürmək istəmirlər və Qərbin məhdudiyyətlərinə əməl etməyə hazır olduqlarını aydın şəkildə göstərirlər”- deyib.

Qaluzinin sözlərinə görə, Moskva öz şərtlərini heç kimə tətbiq etmək fikrində deyil və başqa ölkələrə hansı siyasi kursun ardınca  getməsini də diktə etmək niyyətində deyil.

Lakin o, vurğulayıb ki, Mərkəzi Asiya ölkələri anlayırlar ki, Rusiya ilə əlaqələrin pozulması ağır nəticələrə gətirib çıxaracaq.

 Bütün bunlara baxmayaraq, diqqətə çatdırıb ki, Moskva yenə də  Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirməkdə davam edəcək.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin qondarma Donetsk və Luqansk “Xalq Respublikaları”nın Rusiya tərəfindən tanınması barədə fərman imzaladı. Fevralın 24-də isə Moskva vaxtı ilə səhər saat 5:30-da Donbassda “xüsusi əməliyyat”ın başladığını elan etdi. O, bu addımı RF-nin Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün səy göstərəcəyi ilə əsaslandırdı.

Rusiya prezidenti Vladimir Putin daha sonra Ukraynanın Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərinin rəsmi ilhaqını elan edib. Artıq bir ildən çoxdur ki, Ukraynada müharibə gedir.

Qərb Rusiyaya qarşı Aİ ölkələrinin də qoşulduğu sanksiya paketləri tətbiq edib və son zamanlar daha bir paketin açıqlanacağı bildirilir. Bir çox siyasətçilər isə bu sanksiyaların istənilən nəticə vermədiyini və fiaskoya uğradığını bildirirlər... 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN