"Azərbaycan və Gürcüstan arasında əlaqələr heç vaxt indiki kimi belə yüksək səviyyədə olmayıb".

Tezadlar.az 24News.ge-yə istinadla bildirir ki, Bakıda səfərdə olan parlamentin üzvü Savalan Mirzəyev jurnalistlərə müsahibəsində bu əlaqələrə belə qiymət verib... Deputat deyib ki, Gürcüstan parlamentinin sədrinin rəhbərliyi ilə həm Azərbaycan Respublikasının prezidenti, həm də baş nazirlə yüksək səviyyəli görüşlər keçirilib. Sitat: “Görüş zamanı tərəflər arasında bir daha qeyd olundu ki, ölkələrimiz arasında münasibətlər indiki kimi heç vaxt yüksək səviyyədə olmayıb, hər iki tərəf Azərbaycan və gürcü xalqları arasında əlaqələrin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün mümkün qədər səylə çalışır".

Xatırladırıq ki, Gürcüstandakı ermənilərin bütün təxribatlarına baxmayaraq hər iki ölkə arasındakı əməkdaşlıq əsl dostluq və qonşuluq prinsiplərinə söykənərək inkişaf etməkdədir. Bu əlaqələr həm siyasi, həm də iqtisadi sahələrdə özünü aydın göstərir. Gürcüstan ictimaiyyəti ermənilərin məqsəd və niyyətini bildiklərindən bu dostuğu həmişə yüksək qiymətləndiriblər.

A.Məmmədli