booked.netbooked.net booked.net  

Rusiyanın Ukraynada apardığı müharibəsi, necə deyərlər, acı bağırsaq kimi uzanır...

Vəziyyətdən çıxış yolu isə hələki görünmür... Hətta “Vaqner” özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojın də etiraf edib ki, muzdlular Baxmutun iki istiqamətində vacib mövqeləri itirilməsi səbəbindən şəhərdə Ukrayna Müdafiə Qüvvələrinin bölmələrini mühasirəyə ala bilmirlər. Tezadlar.az CNN müxbirinin reportajlarına istinadla bildirir ki, ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutunun (MAİ) Ukrayna müharibəsi ilə bağlı gündəlik təhlil hesabatında bu barədə dəqiq etiraflar öz əksini tapıb. Təhlil materialında açıq şəkildə bildirilir ki, Priqojın Rusiya Federasiyasının Müdafiə Nazirliyini əlverişli mövqeləri itirməkdə ittiham edib. Priqojindən gətirilən etiraflarda deyilir: “Priqojın, ehtimal ki, Ukrayna qoşunlarının qaçılmaz mühasirədən qorxaraq Baxmutdan tamamilə geri çəkiləcəyini gözləyib və hətta Prezident Volodimir Zelenskiyə martın 3-də Ukrayna qoşunlarını şəhərdən çıxarmağa icazə verməyi təklif edib. Bununla belə, Ukrayna Müdafiə Qüvvələri Baxmutun qərbində yerüstü əlaqəni qorumağa davam edib, bu da “vaqnerçilər”i şəhər ərazilərində döyüşməyə və şəhərin içindən keçməyə məcbur edib. Priqojının etirafı da Ukrayna rəsmilərinin “vaqnerçilər”in döyüş meydanında təşəbbüsü itirməsi ilə bağlı bəyanatlarını təsdiqləyir”.

Müharibə isə hər iki tərəf üçün ağır itkiləri ilə davam edir. 
A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN