booked.netbooked.net booked.net  

Gürcüstanın milli aviadaşıyıcısı "Georgian Airways" ölkə prezidenti Salome Zurabişvili şirkəti boykot etdiyini və onun xidmətlərindən imtina etdiyini bildirdikdən sonra onu təyyarələrinə buraxmayacaqlarını elan edib.

Tezadlar.az 24News.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstan Hava Yollarının təsisçisi Tamaz Qayaşvilinin yaydığı bəyanatda deyilir. Qayaşvili öz açıqlamasında deyib:"Xanım Salome milli aviaşirkəti boykot etdiyini açıqladı. Biz gürcü xalqından üzr istəməyincə onu persona non qrata elan edirik, onu təyyarəyə buraxmayacağıq".
Bütün bu qalmaqala səbəb budur ki, prezidenti Salome Zurabişvili Rusiyaya birbaşa uçuş həyata keçirən Gürcüstanın "Georgian Airways" aviaşirkətini boykot edib. Vətəndaşları boykota qoşulmağa çağıran Salome Zurabişvili qeyd edib ki, "Georgian Airways" şirkəti hazırkı vəziyyətdə varlanmaq üçün dövlətin verdiyi bütün imtiyazlardan istifadə edib.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN