Rusiya prezidentinin Gürcüstan vətındaşları üçün viza rejimi olmadan 90 gün ərzində Rusiyaya gedib-gələ biləcəkləri barədə fərmanı Gürcüstanda hökumətin ayrı-ayrı qolları arasında da ciddi fikir ayrılığına səbəb olub...

Bir çoxları bu addımı sanksiyalara məruz qalan Rusiyanın özünü az da olsa qorumaq imkanı kimi qiymətləndirir... Vətındaşlar da etiraz aksiyasına bununla bağlı qoşulmaqdadır... Necə deyərlər, bir tərəf Putinin məlum fərmanını bəyənirş digər tərəf isə rədd edir. Elə Tbilisidə Parlament qarşısında Rusiya ilə uçuşların ləğv edilməsi tələbi ilə aksiya keçirən vətəndaşlar, bir neçə tələb irəli sürərək hökümətə vaxt veriblər. Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla bildirir ki, etirazçılar təcili olaraq bu gün Kvarelidə aksiya zamanı saxlanılan 16 nəfərin azadlığa buraxılmasını və Rusiya ilə uçuşların ləğv edilməsi tələbini irəli sürüblər. Etirazçılar bildiriblər ki, 1 saat ərzində tələblər yerinə yetirilmədiyi təqdirdə, bu gün və sabah hansı addımların atılacağını açıqlayacaqlar.

Qeyd edək ki, aksiyada sadə vətəndaşlar, müxalifət nümayəndələri və vətəndaş fəalları iştirak edirlər. Ölkə Prezidenti də faktiki olaraq etirazlıları dəstəkləyən bəyanat yaymışdı və Putinin fərmanının Gürcüstanın Avropa Birliyinə inteqrasiyası yolunda ciddi problemlər yaradacağını bildirmişdir...

A.Məmmədli