booked.netbooked.net booked.net  

Xəbər verildiyi kimi, dünən Bakıdakı "Xəmsə" Şadlıq Sarayında "Təzadlar" qəzetinin 30 illik yubileyi təntənəli qeyd olundu...

Mərasimdə Azərbaycan mediasının və hüquq ictimaiyyətinin tanınmış simaları, rəsmi şəxslər, ictimai xadimlər... iştirak edirdilər... Tədbiri politoloq Zəlimxan Məmmədli açıq elan etdikdən sonra 30 il ərzində həyatdan köçmüş görkəmli ziyalıların, o cümlədən Ulu Öndər Heydər Əliyevin, dünya şöhrətli alim Xudu Məmmədovun, eləcə də qəzetin redaksiya heyətinin üzvləri- Xalq şairləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın, professorlar- Nurəddin Rzanın, Şahmar Əkbərzadənin, Famil Mehdinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Yubiley tədbirinin gedişində qəzetin 30 illik fəaliyyəti ilə bağlı təbriklər söylənildi.

Yubiley tədbirində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak edirdilər. Komitənin sektor müdiri, Zməkdar jurnalist Elşən Əliyev sədri cənab Rövşən Rzayevin təbrik məktubu oxundu. Cənab sədr qəzetin Qarabağ problemini daim gündəmdə saxladığını və Azərbaycanın haqq səsini dünyaya yayan media orqanı kimi fəaliyyət göstərdiyini xüsusilə qeyd edərək, kollektivə uğurlar diləyib xoş arzularını çatdırmışdır.

Yasəmən MƏMMƏDLİ

diplom-qk

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN