Nəhayət, Rusiya prezidenti Vladimir Putin və ukraynalı həmkarı Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra Türkiyəyə ayrı-ayrılıqda səfərlər təşkil etməyi planlaşdırırlar...

Tezadlar.az CNN-Türk-ə istinadla bildirir ki, bu barədə ölkə nəşrləri də məlumat yayıb. Məlumatda bildirilir ki, Putin və Zelenski səfərləri bir-birindən asılı olmayaraq həyata keçirəcəklər. Prezident Ərdoğanla görüş zamanı siyasi liderlərin Ukraynada hərbi münaqişənin inkişafı, həmçinin taxıl tədarükü ilə bağlı sövdələşmənin həyata keçirilməsini müzakirə edəcəyi planlaşdırılır. O da var ki, daha əvvəl prezident Ərdoğan prezident Putinlə danışıqlar barədə məlumat paylaşıb, burada liderlər taxıl müqaviləsi çərçivəsində ehtiyacı olan ölkələrə ərzaq yardımı edilməsi məsələsini müzakirə ediblər. Tərəflər Qara Dəniz Regional Təşəbbüsü çərçivəsində bağlanmış sazişlərin həyata keçirilməsi üçün gələcək səylərin istiqamətlərini müəyyən ediblər.

Bütün bunlar bir daha göstərir ki, Ərdoğan Rusiya üçün də bir saylı liderdir ki, lazım gələndə iki düşmən ölkə arasında sülh yarada bilər.
Xatırladaq ki, Ərdoğanın andiçmə mərasimi iyunun 3 və ya 4-də baş tuta biləcəyi deyilib.

A.Məmmədli