Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

Tezadlar.az Ermənistan Kİv-lərinə istinadla bildirir ki, Ankara aeroportunda eniş edən Paşinyanı Esenboğa hava limanında Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə Serdar Kılıç qarşılayıb. N.Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasiminə qatılacaq. Hökumət başçısını Ermənistan parlamentin vitse-spikeri, Ankara ilə münasibətlərin normallaşdırılması prosesində İrəvanın xüsusi nümayəndəsi Ruben Rubinyan müşayiət edir. Bu, N.Paşinyanın Türkiyəyə ilk səfəridir.

Tezadlar.az Ermənistan KİV-lərinə istinadla xatırladır ki, Qarabağdakı separatçıların lideri və ətrafı, eləcə də bölgədə münaqişə və müharibə ocağı istəyən Sarkisyan-Koçaryan komandası bu səfəri pisləyiblər. Lakin ciddi erməni ekspertlər səfəri doğru və hətta gecikmiş sayırlar. Onlar hesab edirlər ki, Ermənistanı mövcud bataqlıqdan xilas etməyin yolu Türkiyə və Azərbaycanla xoş münasibətlərdən keçir...

A.Məmmədli