booked.netbooked.net booked.net  

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 77-ci sessiyası çərçivəsində Gürcüstan və 64 ölkənin təşəbbüskarı olduğu qətnamə qəbul olunub.

Tezadlar.az "Gürcüstan xəbərləri"nə istinadla bildirir ki, ölkənin Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanatda qeyd olunur  ki, sözügedən qətnamə BMT Baş Assambleyasına 2008-ci ildən etibarən təqdim olunur. Sitat:  "Gürcüstanın Abxaziya və Tsxinvali bölgələrindən olan məcburi köçkün və qaçqınların statusu barədə” adlı qətnaməni 100 ölkə dəstəkləyib, 59 ölkə səsvermədə iştirak etməyib, 9 ölkə isə əleyhinə səs verib. Gürcüstanın qərbdəki tərəfdaşları, həmçinin stratejik müttəfiqləri olan Türkiyə və Azərbaycan kimi ölkələr sözügedən qətnaməni dəstəkləyib, Ermənistan isə səsvermədə iştirak etməyib. Rusiya, Suriya, Belarus, Burundi, Kuba, Şimali Koreya, Nikaraqu, Sudan və Zimbabve qətnamənin əleyhinə səs veriblər. Qətnamənin həmmüəllifləri aşağıdakı ölkələrdir: Albaniya, Andorra, Antiqua və Barbuda, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Kosta Rika, Xorvatiya, Çexiya, Danimarka, Cibuti, Estoniya, Fici, Finlandiya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Qvatemala, Macarıstan, İslandiya, İrlandiya, İtaliya , Yaponiya, Kiribati, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Marşal adaları, Mikroneziya, Monako, Monteneqro, Hollandiya, Şimali Makedoniya, PapuaYeni Qvineya, Polşa, Portuqaliya, Moldova, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Tonqa, Türkiyə, Tuvalu, Ukrayna, Böyük Britaniya, ABŞ, Konqo Demokratik Respublikası, Malavi, Meksika, Yeni Zelandiya, Palau, Samoa , Trinidad və Tobaqo, Vanuatu. Gürcüstan Xarici İşlər Nazirliyi qətnaməni dəstəkləyən və təşəbbüsün həmmüəllifi olmuş bütün dövlətlərə təşəkkür edir. 
Rusiya XİN hələki bu qətnaməyə reaksiya verməyib. Gözləniləndir ki, ölkənin siyasi rəhbərliyi bu bəyanat və qətnaməyə sərt münasibət bildirəcək. 
Xatırladaq ki, Rusiya 2008-ci ildə- Saakaşvilinin prezidentliyi dönəmində, Gürcüstan ərazisinə Abxaziya və Cənubi Osetiya istiqamətindən hücum etdi, həmin vaxtdan ölkənin qanuni ərazisində iki qondarma "respublika" yaradılıb.

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN