booked.netbooked.net booked.net  

ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı ötən ilin avqustunda iqamətgahında tapılan məxfi sənədlərlə bağlı cinayət işi üzrə rəsmi ittiham irəli sürülüb.

Bu barədə The New York Times yazıb.

2022-ci ilin yayında FTB Trampın Floridadakı Mar-a-Laqo malikanəsində axtarış aparıb və “tam məxfi” qeyd olunanlar da daxil olmaqla 11 min sənədi ələ keçirib.

Nəşrin məlumatına görə, ittiham yeddi epizoddan ibarətdir, o cümlədən gizli sənədlərin qanunsuz saxlanılması, yalançı ifadələr və ədalət mühakiməsinə mane olmaq üçün sövdələşmə. İşin təfərrüatları iyunun 13-də, Trampın Mayamidəki hakimiyyət orqanlarına rəsmən təslim olacağı gözlənilən vaxt məlum olacaq. İstintaqı xüsusi təyin olunmuş prokuror Cek Smit aparır. Trampın özü də günahını inkar edir. O, ifadəsində “Mən günahsız adamam!” deyib.

***

Bu, Donald Trampa qarşı ikinci ittiham aktıdır və tarixdə federal prokurorlar tərəfindən ABŞ-ın keçmiş prezidentinə qarşı irəli sürülən ilk ittihamdır.

Bundan əvvəl Tramp 2016-cı ildə pornoqrafik aktrisa Stormi Danielsə onunla yaxın münasibətdə olması barədə susduğuna görə pul ödəməkdə ittiham olunurdu. Prokurorluq hesab edir ki, Tramp seçki kampaniyası üçün vəsaitdən istifadə edib. Bu iş üzrə məhkəmə prosesi isə 2024-cü ilin martında başlayacaq.

Xatırladaq ki,  ABŞ-ın 45-ci prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahından Federal Təhqiqatlar Bürosu tərəfindən ələ keçirilən məxfi sənədlərin bir hissəsinin İran və Çinlə bağlı məxfi kəşfiyyat məlumatları olduğu ortaya çıxıb...

Bildirilirdi ki, FTB tərəfindən ələ keçirilən sənədlərin birində İranın raket proqramı təsvir edilir. “The Washington Post”un istinad etdiyi mənbə qeyd edir ki, bu sənədlərdə yer alan məlumatların icazəsiz açıqlanması çoxsaylı risklər yaradacaq: ABŞ kəşfiyyatı məlumatlandırıcıları təhdidlə üzləşə və məlumat toplama üsulları təhlükə altına düşə bilər. Bundan əlavə, bu, digər ölkələrin və ya ABŞ-ın rəqiblərinin qisas almasına səbəb ola bilər. Onu da qeyd edirlər ki, İranla bağlı məxfi sənədlər Tramp və onun köməkçilərinin məxfi məlumatlarla səhv davranması və rəsmi məlumatların məhv edilməsi ilə bağlı apardığı araşdırma zamanı ələ keçirilən  ən həssas sənədlərdən sayılır. 

Onu da qeyd edək ki, ötən ay ABŞ federal prokurorları 2017-ci ildən başlayaraq ABŞ-ın 45-ci prezidenti Donald Trampın xarici əlaqələri ilə bağlı sənədləri tələb edib.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN