İran prezidenti İbrahim Rəisi Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin “milli təhlükəsizliyə təhdid” olduğunu ildirib.

TEZADLAR.AZ trt-yə istinadən xəbər verir ki, Prezident İbrahim Rəisi paytaxt Tehranda Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi rəsmi ''X'' səhifəsində görüşlərlə bağlı paylaşım edib.

Rəisi görüşlərdə  ''Zəngəzur dəhlizinin NATO-nun regionda mövcudluğu üçün əsas olacağını və ölkələr üçün milli təhlükəsizliyə təhdid yaradacağını” iddia edərək İranın buna qəti şəkildə qarşı olduğunu vurğulayıb.

Xatırladaq ki, hələ iyun ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlaması zamanı bildirmişdi ki, Ermənistan tərəfi də kommunikasiyaların açılmasında maraqlıdırlar.
Və hələ o zaman Mirzoyan bəyan etmişdi ki, Zəngəzur dəhlizinə Ermənistan deyil, İran mane olur.

Belə çıxır ki, erməni nazir dediklərində haqlı imiş?..

Y.MƏMMƏDLİ