Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarını Rusiyanın Ukraynanı yaşayış məntəqələrini atəşə tutmasına sərt reaksiya verməyə,

həmçinin ABŞ və Avropanın “İran “Şahid”lərinə və ya Rusiya qırıclarına uduzmasına” imkan verməməyə çağırıb. Tezadlar.az "Ukrainskaya pravda"a istinadla xəbər verir ki, Zelenski xalq canlı müraciətində belə söyləyib. Sitat: "Bütün liderlər, bütün beynəlxalq təşkilatlar Rusiyanın hərəkətlərinə reaksiya verməlidir. Və sərt reaksiya verməlidir. Putinə heç bir sülh lazım deyil – o, yalnız müharibə və ölüm istəyir. Kimi öldürməsi vecinə deyil. Əsas məqsəd yox etməkdir: əvvəlcə Ukrayna və ukraynalıları, sonra sizi, əziz tərəfdaşlar. Buna görə də bu, sağqalma məsələsidir – sadəcə Ukraynanın deyil, dünya Rusiya şərinə reaksiya verməli və təzyiq etməlidir – təzyiq etməli, cavab olaraq vurmalıdır”.

Zelenski xüsusi olaraq deyib ki, bu həftə rusiyalılar Ukraynaya qarşı, demək olar, 400 ədəd idarəolunan aviabomba, 50-dən çox “Şahid” və 40-dan çox raket istifadə edib: "Avropanın heç bir dövləti təkbaşına belə təzyiqlərə, bu cür şər tab gətirə bilməzdi. Buna görə də indi hamımızın – həyata dəyər verən və bu terrorun başqa xalqların evinə gəlməsini istəməyən hər kəsin – birgə olması vacibdir".

Xatırladırıq ki, mart- aprel aylarında Ukraynaya 60 milyard dollarlıq hərbi yardım nəzərdə tutulub.

A.Məmmədli