İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası ötən il başa çatıb.

Bu barədə diplomatik mənbədən məlumat verilib. Sitat:  “Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin. Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının səfirliyinin İrandakı fəaliyyəti bərpa olanadək öz fəaliyyətini burada davam etdirəcək”.

Beləliklə, İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb. Bu barədə İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbə də məlumat yayıb.  Məlumatda bildirilir ki, mövcud razılaşmalar çərçivəsində İran Azərbaycana yeni səfir göndərəcək.