Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Niderland hakimiyyətinə çağırış edib.

Tezadlar.az bildirir ki, nazirlik bu barədə sosial şəbəkə hesablarında paylaşım edib. Paylaşımda deyilir: "Tanınmış iqlim fəalı Qreta Tunberqin Haaqada dinc nümayiş zamanı saxlanılmasından narahatıq. COP29-un sədri kimi biz Niderland hakimiyyətini iqlim etirazçılarının ifadə azadlığına hörmət etməyə və saxlanılanları azad etməyə çağırırıq".

Niderland hakimiyyətinin bu hərəkəti sözün bütün mənalarında iqlim dəyişikliyinə qarşı mübarizəyə eyni ilə təxribatdır...