Türkiyə  Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türk-Amerika Milli Rəhbər Komitəsinin (TASC) Nyu-Yorkda təşkil etdiyi şam yeməyində mühüm mesajlar verdi.

İsrailə qarşı hər vasitədə təzyiq edilməli olduğunu vurğulayan Ərdoğan, "Qlobal sistem artıq bütün təsirini itirib" dedi. Qəzzadakı zülmə diqqət çəkərək, qlobal təşkilatların təsirli addımlar atmadığını bildirib.
Türk-Amerika icmasının nümayəndələri ilə görüşməkdən məmnunluğunu ifadə edən Ərdoğan Türkiyəni, mədəniyyətini və dəyərlərini tanıtmaq üçün göstərdiyi səylərə görə TASC-yə təşəkkür edib.
Yeməkdə Gömrük və Ticarət naziri Ömər Bolat, Türkiyə Xarici İşlər naziri Hakan Fidan, MÜSİAD sədri Mahmud Asmalı və TASC-nin qurucularından biri - Amerikada iş adamı və nüfuzlu siyasətçi Murat Güzel də olub. Ərdoğan Türkiyənin ticari və iqtisadi uğurlarını vurğulayaraq iş adamlarını təbrik edib.

MƏNBƏ: AKİT TV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN