Ankara ilə İrəvan arasında münasibətlər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra normallaşacaq.

Tezadlar.az bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

“Türkiyə ilə Ermənistan arasında münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq”, - o, “Türkiyə” qəzetinə deyib.

Onun sözlərinə görə, Ankara Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasını Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün mühüm element hesab edir.

“Biz razılıqların əldə olunmasına maksimum dəstək veririk və tərəflərin onlara yaxınlaşdığını görməkdən məmnunuq”, - deyə Türkiyə XİN rəhbəri qeyd edib.

Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan prezidenti İlham Əliyev Ermənistanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiq edib. Bundan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan parlamentin qəbul etdiyi Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyaların işi haqqında Əsasnaməni imzalayıb.

Həmçinin bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev oktyabrda Kazanda BRİKS sammiti çərçivəsində keçirilən görüşdən sonra xarici işlər nazirlərinə sülh müqaviləsini imzalamaq üçün yekunlaşdırmağa göstəriş veriblər.

Ümumi sərhədə baxmayaraq, Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri onların yaradılmasına dair protokollar imzalasa da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. Ankara dəfələrlə bəyan edib ki, İrəvanla münasibətlərin normallaşması Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN