İyunun 11-də 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin cümə günü axşam yaydığı məlumatda deyilir.

Qeyd edək ki, dünən eyni istiqamətdə uzun müddət davam edən atışma olub. Elə bu bölgədə iki ölkənin hərbiçiləri arasında kütləvi davalar baş verib.