“Gürcüstan həqiqətən də Cənubi Qafqazda sülh və sabit mühitin yaradılmasında həlledici rol oynaya bilər”.

"Təzadlar" Gürcüstan KİV-lərinə istinadla bildiri ki, bunu Gürcüstan parlamentinin Regional siyasət komitəsinin sədri Sozar Subari deyib.

O bildirib ki, Qafqazda sülh olmadan nə Gürcüstan, nə Azərbaycan, nə də Ermənistan inkişaf edə bilər:

“Bölgədə çox mühüm proses başlayıb və Gürcüstan burada əsas rol oynaya bilər. Qafqazda sabitlik açarı kimi ənənəvi olaraq Gürcüstan çıxış edib və bu gün ölkəmiz bu funksiyasını üzərinə götürmək imkanına sahibdir”.