...Rusiyanın Qazaxıstana ordu yeritməsi dünyanın hegemon dövlətlərinin rəhbərlərini ciddi narahat etməyə başlayıb...

Belə ki, "Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir", -deyən ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, bu, Putinin məqsədlərindən biridir: “Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”. Xatırladaq ki, ötən ilin dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etmişdi ki, Vaşinqton Moskvanın Sovet İttifaqını yenidən yaratmağa cəhd edə biləcəyindən narahatdır.

A.Məmmədli