...Gürcüstanda Ədliyyə Nazirliyinin qarşısında eks prezident Mixeil Saakaşviliyə dəstək aksiyası keçirilib.

Aksiya “Mişa sektoru” tərəfindən təşkil edilib. Etirazçılar ədliyyə naziri Rati Breqadze ilə görüş tələb ediblər. Onlar, Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftarlar olduğunu, hazırda onun səhhətindən isə xəbərdar olmadıqlarını bildiriblər. Etirazçılar qeyd ediblər ki, şəxsi həkimi və həkimlər şurasının üzvləri Saakaşvili ilə görüşə buraxılmır. Etirazçılar ədliyyə nazirinə iki gün vaxt veriblər və şəxsi həkim və həkimlər şurasının üzvlərini iki gün ərzində Saakaşvilinin yanına buraxmasalar, daimi mitinqlərə başlayacaqlarını bildiriblər.

Nazirin hələki hansısa reaksiyası yoxdur... Saakaşvilinin isə səhhətində ciddi problemlərin olduğu deyilir...

A.Məmmədli