Ermənistanın hərbi-siyasi rəhbərliyindən daha bir etiraf gəldi...

Belə ki, Ermənistanın İstintaq Komitəsi ikinci Qarabağ müharibəsi zamanı ölən və itkin düşənlərin sayı ilə bağlı yenilənmiş məlumatları təqdim edib. Məlumata görə, bu ölkənin ikinci Qarabağ müharibəsindəki insan itkisinin sayı 3 809 nəfərdir. "Təzadlar" bildiri ki, bu barədə "Sputnik Armeniya" məlumat paylaşıb. İstintaq Komitəsi onu da əlavə edib ki, müharibə vaxtı 200-ə yaxın hərbçi itkin düşüb. Qeyd edək ki, Ermənistan Azərbaycan ərazilərində müharibə vaxtı itkin düşmüş hərbçilərinin axtarışlarını davam etdirir. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində qalıqları tapılan itkin düşmüş erməni hərbçilərin sayı 1 706 nəfərə çatıb.

Əlavə edək ki, Ermənistanla müharibənin Azərbaycan üçün çətinliyi bu idi ki, düşən 30 illik işğalı dövründə özünə mümkün qədər müdafiə səddi qurmuş, əraziləri minalamışdı. Bununla belə, Azərbaycan bu işğala cəmi 44 gündə son qoydu, yüzlərlə erməni hərbçi əsir düşdü. Rusiyanın və beynəlxalq təsisatların xahişi ilə bu əsirlər geri təhvil verildi... İndi Şuşada və Qarabağın digər ərazilərində Azərbaycanın bayrağı dalşalanır.

A.Məmmədli