Rusiya prezidenti Vladimir Putinin sözlərinə reaksiya verən prezident Vladimir Zelenski deyib ki, Ukraynanın səbri müdriklik əlamətidir...

"Təzadlar" bildirir ki, bu barədə Zelenskinin Fransa prezidenti Emmanuel Makronla danışıqlardan sonra mediaya verdiyi cavabı belə olub. Zelenskinin birbaşa çıxışından sitat: “...Yəqin ki, rus dilində cavab verəcəm ki, aforizmin müəllifi (Putin – red.) cavabımı başa düşsün... Mənim haqqımda dediyi fikirlərində onsuz da bir az həddən artıq ifrata varıb... Putinin “Səbrli ol, gözəlim” məsələsinə gəlincə, mən hesab edirəm ki, Ukrayna çox səbirlidir, çünki bu, müdriklikdir, çünki bu, təkcə Ukrayna üçün deyil, bütün Avropa üçün vacibdir. Və bu, ruslar üçün çox vacibdir. Çünki qarşı tərəfdən eskalasiya bizim səbrimizdən asılıdır. Biz ölkəmizi müdafiə edirik, öz ərazimizdəyik. Təxribatlara cavab verməyəndə, çox ləyaqətli davrananda səbrimizin təsiri olur. Buna görə də səbr hikmətdir”.
***

Fevralın 7-də Rusiya prezidenti Vladimir Putin rus atalar sözündən sitat gətirərək, Donbassdakı münaqişənin həlli ilə bağlı Minsk razılaşmalarının icrası ilə bağlı Zelenskiyə istehza ilə müraciət edib. “Kiyevdə ya deyirlər ki, (Minsk razılaşmalarını – red.) yerinə yetirəcəklər, sonra deyirlər ki, bu, onların ölkəsini məhv edəcək.Və bu yaxınlarda prezident (Ukrayna – red.) bəyan etdi ki, onun bir məqamı da xoşuna gəlmir. Bu Minsk razılaşmalarıdır. Yaxşı, bəyən, bəyənmə - səbr et, gözəlim! Bunu etməliyik. Başqa yol yoxdur", -deyib...

A.Məmmədli