booked.netbooked.net booked.net  

Dünyanın bütün ölkələri Ukraynaya haqq işində dəstək olmaqdadır... Bu dəstək əsasən hərbi təyinatlıdır...  Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla bildirir ki, Ukraynanın özünün velosiped istehsal edən zavodları ordu üçün "Delfast" və "ELEEK" adlı elektrik velosipedləri hazırlamağa başlayıb. Mürəkkəb şəraitdə, sürətli və səssiz hərəkət edən bu velosipedlər "Javelin" və "NLAW" raketlərini daşımaq üçün, həmçinin snayperlərin hərəkəti üçün uyğunlaşdırılıb. Bu tip elektrik velosipedləri rus tanklarına və digər hədəflərə qarşı sürətli və səssiz mövqe seçmək üçün xüsusi əhəmiyyət kəsb edir. Artıq bu velosipedlərin rusların ciddi baş ağrısına çevrildiyi barədə maraqlı məlumatlar var. Texniki göstəricilərinə gəlincə, elektrik velosipedlərinin müharibədə əhəmiyyətli keyfiyyət dəyişikliyi yaradan "Javelin" və "NLAW" raketlərinin səmərəliliyini və hədəfləri bütün şəraitdə vurmaq imkanlarını genişləndirib. Hətta 80 km/saat sürətlə hərəkət edə bilən pedallı motosikletlər 320 km məsafə qət edə bilir. Bu isə o deməkdir ki, Ukrayna müharibədə daha bir şans qazanmaqdadır...
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN