“Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsinin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər”.

Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında deyilir. “Yaxın həftələrdə xarici işlər nazirlərinin başçılıq etdiyi komandalar bu prosesi irəli aparacaq”-deyə, Mişelin yaydığı bəyanatında bildirilir.

Ermənistanda isə adını müxalifət qoyub Ermənistanı uzun illərdir qırx arşın quyunun dibinə salmış Sarkisyan-Koçaryan dəstəsi isə mPaşinyanın əleyhinə mitinqlər keçirir. Bilə-bilə ki, bunların mənası yoxdur, indi bölgədə Azərbaycanın 2020-ci ilin 27 sentyabrından sonra yazdığı reallıqlar işləyir. Bu cütlük, sadəcə, özlərinin 30 illik işğalçılıq siyasətinə don geydirib məsuliyyətdən yayınmaq istəyir...

A.Məmmədli