booked.netbooked.net booked.net  

Fransanın Avropa məsələləri üzrə dövlət naziri Klement Beaune Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmasının 15-20 il çəkə biləcəyini bildirib.

Beaune Fransa prezidenti Emmanuel Makronun Ukraynanın Aİ-yə daha tez inteqrasiyasına kömək edə biləcək “Avropa siyasi icması” yaratmaq təklifini təkrarlayaraq “Mən ukraynalılara heç bir illüziya və ya yalan təqdim etmək istəmirəm" deyib.

Nazir radio kanallarından birinə verdiyi açıqlamada “Biz dürüst olmalıyıq. Ukraynanın altı ay və ya bir-iki ilə Avropa İttifaqına (Aİ) daxil olacağını deyirsinizsə, yalan danışırsınız. “Bu, yəqin ki, 15-20 il çəkəcək" deyə bildirib. 

Prezident Makronun Avropa siyasi ictimaiyyəti üçün təşəbbüsünün iyunda keçiriləcək Aİ Sammitində müzakirə ediləcəyi gözlənilir.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN