booked.netbooked.net booked.net  

…Rusiya-Ukrayna müharibəsinin əsl mahiyyəti hər kəsə bəllidir. Rusiyanın siyasi dairələri bu müharibəyə nə don geydirsələr də, dünya ictimaiyyəti birmənalı olaraq bunu təcavüz, işğalçılıq adlandırır.

Azərbaycanda da belə qəbul edilməkdədir. Çünki fakt-dağıntılar göz qabağındadır: mülki insanlar öldürülür, obyektlər darmadağın edilir. Tanınmış vəkil və hüquqşünas Aslan İsmayılovun bu məsələyə dair maraqlı statusu var. A.İsmayılov yazır:

-Bu gün kiminsə Azərbaycanda yaşayıb mənəvi, ideoloji, yaxud hansısa digər dəyərlərə görə Rusiyanı müdafiə etməsinə inanmıram. Bunu ancaq Rusiyanın bəlkə yenidən qayıdacağını düşünüb faydalanmaq istəyənlər edirlər. Onlar üçün bəzi məqamları açıqlayıram…Bəli, doğrudur ki, Rusiya ən ağır dönəmlərdən də həmişə qalib çıxıb. 1812-ci ildə Moskvanı yandaran Napoleonun Rusiyaya məğlub olacağını heç kim düşünmürdü. Eyni vəziyyət 1900-cu ilin əvvəllərində də oldu. Birinci dünya müharibəsində biabırçı məğlubiyyətə uğrayan Rusiyada inqilablar başladı. 1919-cu ildə Şimalda Vrangel, Cənubda Denikin, şərqdə Yudeniç həm bir-biriləri ilə, həm də hər üçü bolşeviklərlə mübarizə aparırdı. 1919-cu il Paris konfransında dünya liderlərinin əsas məqsədi Rusiyanın param-parça olmasına yol verməmək idi. Ancaq Rusiya nəinki özünü toparladı, həm də artıq 1922-ci ildə öz torpaqlarını əhəmiyyətli dərəcədə artırıb SSRİ-ni qurdu. 1941-ci ildə Hitler Moskvanın divarlarına yaxınlaşdı. Yenə hamı Rusiyanın parçalanacağını düşünürdü. Ancaq SSRİ toparlandı və nəinki öz torpaqlarını azad etdi, həm də Avropanın Şərqini də qamarladı.

 İndi bir çoxları yenə elə düşünür və bu zaman çox vacib olan bir amili yaddan çıxardırlar. O dəfələrin hamısında Rusiya Qərb dövlətləri ilə əməkdaşlıq hesabına vəziyyətlərdən qalib çıxmışdı. Xüsusilə, 1941-45-ci illər əgər ABŞ və İngiltərə ikinci cəbhəni açmasaydı və Rusiyanın bütün maddi, texniki ehtiyaclarını təmin etməsəydilər Rusiya heç 100 milyon insan canı hesabına da qalib ola bilməzdi. Nəzərə alın ki, o zaman məğlub faşist Almaniyası 6, qalib Sovet isə 27 milyon itki vermişdi.

 Bu dəfə isə həna başqa hənadır. Dünyanın bütün gücləri Rusiyanın əleyhinədir və Ukraynaya yardım edirlər və getdikcə bu yardımı gücləndirəcəklər. Bəzilərinin Çinə arxayın olmaları da əbəsdir. Çinə məhz məğlub Rusiya lazımdır ki, onu öz maraqları üçün istifadə etsin. Bu dəfə Rusiyanın acı məğlubiyyəti qaçılmazdır. Ona görə gec deyilkən heç kim "bəlkə qayıtdılar" barədə düşünməsin və Azərbaycanın maraqlarına qulluq etsinlər…

***

Bəli, A.İsmayılov doğru buyurur ki, indi zaman da dəyişib, siyasət də, dünya da. O dünya ki, Rusiyanın əməllərinə bu dəfə göz yummaq istəmir…

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN