"Gürcü Arzusu" partiyasının keçmiş lideri Bidzina İvanişvili müayinə üçün Batumi "Medcenter" klinikasına aparılıb.

Tezadlar.az Gürcüstan KİV-lərinə istinadla xəbər verir ki, şahidlər klinikaya gedən yolların bir neçə saatlıq bağlandığını bildiriblər. Daha bir məlumata əsasən, mühafizəçilər heç kim İvanişvilinin şəkilini çəkməsin deyə tibb işçilərinin mobil telefonlarını müsadirə ediblər. Məlumata görə, İvanişvili klinikada təxminən bir saat qalıb.O, maqnit rezonans müayinəsindən keçib. Bir saat ərzində Bidzina Emerte şöbəsində olub və onda ehtimal ki, onurğa sütununun müayinəsi aparılıb.

Partiya sədrinin həkimləri isə bildiriblər ki, vəziyyəti orta ağır olaraq qalır. Müalicələr davam edir.

A.Məmmədli