booked.netbooked.net booked.net  

Bu gün "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək...

Tezadlar.az CBC-sport-a istinadla bildirir ki, Komanda G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"un qonağı olacaq. "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan FIFA referisi İrfan Pelto idarə edəcək. Oyun öncəsi Ağdam klubunun heyətində ciddi itki yoxdur. Yalnız Marko Yankoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır. Meydan sahiblərindən isə Tomaş Vatslik, Yussef Əl-Arabi, Usseynu Ba, Panayotis Retsos və Tanasis Andrutsos görüşü buraxacaqlar.

 

Beləliklə, bu gün 6 oktyabr:

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan)

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)

Pirey, "Georgios Karaiskakis"

Komandamıza uğurlar arzu edirik və inanırıq ki, bu gün rəqibinə lazım olan dərsi verəcək...

A.Məmmədli

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN