Bu gün Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulacaq.

Tezadlar.az CBC-Sport-a istinadla bildirir ki,  bununla da 1/4 finalın son 2 iştirakçısı bəlli olacaq. Günün ilk oyununda turnirin favoritlərindən hesab olunan İspaniya millisi Mərakeşlə qarşılaşacaq. Bakı vaxtı ilə saat 19:00-da başlayacaq matçı argentinalı FIFA referisi Fernando Rapallini idarə edəcək.

1/8 finalın son görüşündə isə Portuqaliya və İsveçrə seçmələri münasibətlərinə aydınlıq gətirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qarşılaşmanın baş hakimi maksikalı Sesar Arturo Ramos olacaq.

DÇ-2022

1/8 final

6 dekabr

19:00. Mərakeş - İspaniya

Baş hakim: Fernando Rapallini (Argentina)

"Edyukeyşn Siti" stadionu

23:00. Portuqaliya - İsveçrə

Baş hakim: Sesar Arturo Ramos (Meksika)

"Lusail" stadionu

Qeyd edək ki, daha əvvəl Niderland, Argentina, Fransa, İngiltərə, Xorvatiya və Braziliya yığmaları 1/4 finala vəsiqə qazanıblar.