Qətərdə təşkil olunan dünya çempionatında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Tezadlar.az CBc-İdman-a istinadla bildirir ki, bu gün iki qarşılaşma olacaq. 

 Və turnirin əsas favoritlərindən olan Braziliya millisi Xorvatiyanı sınağa çəkəcək. "Edyukeyşn Siti" stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Digər oyunda isə Niderland və Argentina yığmaları üz-üzə gələcəklər. "Lusail" stadionundakı görüşün baş hakimi ispaniyalı Migel Mateu Laos olacaq.

DÇ-2022

1/4 final mərhələsi

9 dekabr

19:00. Xorvatiya - Braziliya

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

23:00. Niderland - Argentina

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

Qeyd edək ki, 1/4 finalın digər 2 oyunu dekabrın 10-da baş tutacaq. Portuqaliya Mərakeşlə, Fransa isə İngiltərə ilə münasibətlərinə aydınlıq gətirəcək.

Arzu edək ki, növbəti dünya çempionatında Azərbaycan yığması da futbol imtahanında iştirak efəcək...

A.Məmmədli