"Paris Saint-Germain"in hücumçusu Lionel Messi Qətərdəki uğurlu çıxışına görə Argentina millisindəki tərəfdaşlarına layiqincə təşəkkür etmək qərarına gəlib.

“Sport-Ekspress”in məlumatına görə, Messi milli komandanın 2022-ci ilin dünya çempionatındakı qələbəsi şərəfinə 35 qızıl iPhone 14 sifariş edib.

Beləliklə, Leo tarixi uğur üçün komandanın bütün tərəfdaşlarını və üzvlərini sevindirməyə qərar verdi.

Məlum olduğu kimi, dünya çempionatının finalında Argentina Fransaya qalib gəlib - 3:3 (penaltilərdə 4:2). Messi üçün bu, ilk Dünya Kuboku qızılıdır və onun komandası tarixə düşüb.

***

Xatırladaq ki, dünyanın ən məşhur idmançılarından biri hesab edilən ispan əsilli futbolçu 2006-cı ildən “Adidas” idman geyimləri şirkətinin əsas reklam simalarından biridir. 2008-ci ildən isə ən yüksək maaş alan futbolçulardandır. 2019-cu ildə Forbes argentinalını dünyanın ən yüksək maaşlı idmançısı kimi tanıdı. “Time” jurnalı isə onu 2011 və 2012-ci illərdə dünyanın 100 ən nüfuzlu adamı siyahısına daxil edib. 2020-ci ildə Messi Formula 1 çempionu Lyuis Hemiltonla birlikdə Laureus World Sports Awards-a görə ilin ən yaxşı idmançısı seçildi və o, bu mükafatı alan ilk futbolçu oldu. Elə həmin il Forbes Messini karyerasında 1 milyard dollardan çox qazanan ikinci oyunçu adlandırdı.

Həmçinin bu yaxınlarda Messi FİFA-ya görə ilin ən yaxşı oyunçusu seçilib.

JASMİN