Ağdamın “Qarabağ” klubu futbolçusu Qara Qarayevlə vidalaşıb.

TEZADLAR.AZ "Qarabağ" klubuna istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu komandanı tərk edib. Onun “Neftçi”yə keçidi gözlənilir.

Qeyd edək ki, Qara Qarayev 2008-ci ildən bəri “Qarabağ”ın əsas komandasında çıxış edib.