"Qarabağ” bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununa çıxacaq.

Tezadlar.az xatırladır ki, komandamız Polşa təmsilçisi “Rakuv”la qarşılaşacaq. İlk mərhələdə Cəbəllütariq çempionu “Linkoln”u hər iki görüşdə üstələyən (2:1, 4:0) ağdamlılar “Rakuv”la birinci matçını Çenstoxovadakı “Miejski” stadionunda keçirəcəklər. İsveçrəli baş hakim Lukas Fandrixin idarə edəcəyi görüş Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması avqustun 2-də Bakı Olimpiya Stadionunda baş tutacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

26 iyul

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Lukas Fandrix (İsveçrə)

Çenstoxova, “Miejski” stadionu

Komandamıza uğurlar arzu edirik.