Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub.

1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb.

Bu barədə TEZADLAR.AZ-a Boks Federasiyasından bildirilib.

Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib.

Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq.

Qeyd edək ki, birincilik avqustun 25-də yekunlaşacaq.

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 14 November 2023
By Elçin Məmmədli
IMAGE
BAYRAĞIM
Wednesday, 08 November 2023
By Şakir Qurbanov

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA